ABŞ Venesuela prezidenti Nikolas Maduronun ələ keçirilməsi zamanı "Disorientator" adlı silahdan istifadə edib.
Ucnoqta.az xəbər verir ki, bu barədə The New York Post (NYP) qəzeti məlumat yayıb.
ABŞ prezidenti Donald Tramp NYP-yə verdiyi müsahibədə deyib: "Bu, "Disorientator"dur. Mənə bu barədə danışmağa icazə verilmir".
Qəzet həmçinin Venesuela prezidentinin təhlükəsizlik işçilərindən birinin Ağ Evin mətbuat katibi Karolayn Levittin sosial media hesabında dərc etdiyi məlumata istinad edib. O, "Disorientator"un zərbəsini "çox güclü səs dalğası" ilə müqayisə edib.