Ukrayna prezidenti Volodimir Zelenski Ukraynanın Rusiya və ABŞ ilə potensial olaraq gələn həftə keçiriləcək yeni danışıqlar raunduna hazır olduğunu təsdiqləyib
Ucnoqta.az xəbər verir ki, o, "Telegram"da yazıb:
"Ordu qarşıdan gələn görüş üçün məsələlərin siyahısını müəyyən edib. Əgər biz irəliləməyə hazırıqsa - və Ukrayna hazırdırsa - növbəti görüşlər potensial olaraq gələn həftə keçiriləcək".
Zelenski əlavə edib ki, tərəflər son iki gündə çox müzakirə edə biliblər və danışıqların özü konstruktiv olub.