Xırdalanda fəhlənin ölməsi faktı araşdırılır

13:41 - 23 Yanvar 2026 - Cəmiyyət

Abşeron rayonunda fəhlənin iş zaman bədbəxt hadisə nəticəsində ölməsi faktı araşdırılır.

Ucnoqta.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib.

Qeyd olunub ki, yanvarın 23-də Abşeron rayonu, Xırdalan şəhəri ərazisində fəaliyyət göstərən MMC-lərdən birində fəhlə işləyən Asif Məmmədovun yükqaldırıcı mexanizmin altında qalması nəticəsində ölməsi faktı ilə bağlı rayon prokurorluğunda araşdırma aparılır.

Xəbər xətti