Avropa İttifaqı (Aİ) əgər onun mandatı Qəzza zolağı ilə məhdudlaşarsa, "Sülh Şurası"nı dəstəkləyə bilər.
Ucnoqta.az xəbər verir ki, bu barədə Aİ-nin Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Kaja Kallas təcili Aİ sammitindən əvvəl jurnalistlərin suallarını cavablandırarkən bildirib.
"Əgər BMT tərəfindən nəzərdə tutulduğu kimi, "Sülh Şurası"nın mandatı Qəzza ilə məhdudlaşarsa, Aİ bu təşəbbüsü dəstəkləyə bilər", - Kallas bildirib.