Temperatur mənfi 56 dərəcəyə düşdü: Distant təhsilə keçildi

08:46 - 22 Yanvar 2026 - DÜNYA

Buryatiyada temperatur mənfi 56 dərəcəyə düşüb

Ucnoqta.az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin regional qərargahı Buryatiya sakinlərini 17-23 yanvar tarixlərində respublikada gözlənilən anormal soyuq hava şəraiti barədə xəbərdar etmişdi. Temperaturun mənfi 45 dərəcəyə, bölgənin şimalında isə mənfi 50 dərəcəyə düşəcəyi gözlənilirdi.

Bazar ertəsindən etibarən Ulan-Udedəki bütün siniflər distant təhsilə keçib. Energetiklər və təcili yardım xidmətləri yüksək hazırlıq vəziyyətindədir.

Xəbər xətti