"Heç vaxt söyüş söyməyin tərəfdarı olmamışam"

18:02 - 21 Yanvar 2026 - MAQAZİN

Bir müddət əvvəl küçədə söyüş söydüyü üçün həbs edilən reper Elşad Xose video yayıb.

Ucnoqta.az xəbər verir ki, reper söyüş söymək tərəfdarı olmadığını deyərək, bunları əlavə edib:

"Heç vaxt söyüş söyməyin tərəfdarı olmamışam. Adi həyatda müəyyən vaxtlarda söyüş söyən olmuşam. Onun da rejimləri var: intieligent, xuliqan, müəyyən rejimlər. Həmişə söyüşün əleyhinə olmuşam. Burada da söz birləşməsindən istifadə etməyim söyüşdən sui-istifadə deyil. Ünvansız və hayqırtı olaraq fikrimi bildirmişəm".

Qeyd edək ki, reper 15 gün müddətinə inzibati qaydada həbs olunmuşdu. Buna səbəb Elşad Xosenin Yasamal rayonu, Ş.Qurbanov küçəsində ünvansız nalayiq ifadələr işlətməsi olub.///axsam.az

Xəbər xətti