Samuxda narkotik alverçisi 10 kiloqramdan çox narkotiklə saxlanıldı

08:54 - 21 Yanvar 2026 - ÖLKƏ İÇİ

Samux Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən, 35 yaşlı Səməd Əliyev saxlanılıb.

Ucnoqta.az DİN-ə istinadən xəbər verir ki, onun əlindəki çantadan ümumi çəkisi 10 kiloqram 745 qram olan heroin, həşiş və qurudulmuş marixuana aşkarlanıb.

Araşdırmalarla müəyyən edilib ki, S.Əliyev narkotikləri satmaq məqsədilə əldə edib.

Faktla bağlı cinayət işi başlanıb, həmin şəxs barəsində həbs qətimkan tədbiri seçilib.

Xəbər xətti