Tramp Davosda Avropa ilə fikir ayrılıqlarını həll edə biləcəyinə inanır

08:23 - 21 Yanvar 2026 - DÜNYA

ABŞ prezidenti Donald Tramp İsveçrənin Davos şəhərində keçirilən Dünya İqtisadi Forumuna səfəri zamanı Avropa ilə fikir ayrılıqlarını həll edə biləcəyini bildirib.

Ucnoqta.az xəbər verir ki, "NewsNation"a verdiyi müsahibədə Trampa xatırladılıb ki, Vaşinqtonun Qrenlandiya üzərində nəzarəti ələ keçirmək niyyəti ilə əlaqədar olaraq Avropa ABŞ-a qarşı sərt ticarət tədbirləri hazırlayır.

"Yəqin ki, Davosda yaxın bir neçə gün ərzində nəyəsə nail ola bilərik", - deyə Tramp cavab verib.

O, Avropanın gördüyü hər hansı bir tədbirin əks nəticə verəcəyini xəbərdar etdi.

Xəbər xətti