2026-cı il yanvar ayının 1-i vəziyyətinə Dövlət Məşğulluq Agentliyinin yerli qurumlarında qeydiyyata alınmış işsiz şəxslərin sayı 239,8 min nəfər olub.
Ucnoqta.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
Bildirilib ki, işsizlərin 51,9 faizini qadınlar təşkil edir. İşsizlikdən sığorta ödənişinin orta aylıq məbləği 452,8 manat olub.