Avropa Parlamenti AB-ABŞ ticarət müqaviləsinin ratifikasiyasını dayandırır

23:53 - 18 Yanvar 2026 - İQTİSADİYYAT

Avropa Parlamenti (AP) ABŞ Prezidenti Donald Trampın təhdidləri fonunda AB-ABŞ ticarət müqaviləsinin planlaşdırılan ratifikasiyasını dayandırır.

Ucnoqta.az xəbər verir ki, bu barədə ZDF-ə verdiyi müsahibədə AP-nin aparıcı fraksiyası olan Avropa Xalq Partiyasının (AXP) rəhbəri Manfred Veber bildirib.

"Dünən gecə qəbul etdiyimiz ilk qərar, ötən yay imzalanmış Avropa və ABŞ arasında bu müqavilənin ratifikasiyasının dayandırılmasıdır. Bu o deməkdir ki, Donald Tramp Amerika məhsullarına AB-nin daxili bazarına rüsumsuz giriş imkanı verməyəcək", - Veber deyib.

Onun sözlərinə görə, ratifikasiyanın dayandırılması Vaşinqtona ilk siqnaldır.

Xəbər xətti