Karni NATO vasitəsilə Arktika təhlükəsizliyinə çağırdı

22:11 - 18 Yanvar 2026 - DÜNYA

Qrenlandiya ətrafında vəziyyətin gərginləşməsi fonunda Kanadanın Baş naziri Mark Karni müttəfiqlərini NATO mexanizmləri vasitəsilə Arktika təhlükəsizliyini təmin etməyə çağırıb.

Ucnoqta.az xəbər verir ki, o, bu barədə X-də yazıb.
 "Arktikanın - NATO-nun şimal və qərb cinahlarının təhlükəsizliyi Alyansımız üçün çox vacibdir. Kanada qəti şəkildə inanır ki, Arktika təhlükəsizliyini təmin etməyin ən yaxşı yolu NATO daxilində birgə işləməkdir."

Karni həmçinin qeyd etdi ki, Kanada hökuməti vəziyyətin gərginləşməsindən narahatdır və Arktika bölgəsində hərbi və kritik infrastrukturu gücləndirəcək.

"Kanada bütün hallarda, o cümlədən Qrenlandiya və Danimarka Krallığı ilə bağlı suverenlik və ərazi bütövlüyü prinsiplərini dəstəkləyir. Davamlı olaraq qeyd etdiyimiz kimi, Qrenlandiyanın gələcəyini yalnız Qrenlandiya və Danimarka müəyyən etməlidir", - Baş nazir əlavə edib.

Xəbər xətti