Qaxda dələduzluq edən şəxs həbs olundu

11:11 - 17 Yanvar 2026 - ÖLKƏ İÇİ

Qaxda dələduzluqla vətəndaşların mal-qarasını ələ keçirən şəxs həbs olunub. 

Ucnoqta.az xəbər verir ki, Qax Rayon Polis Şöbəsinin əməkdaşlarının daxil olmuş müraciətlər əsasında həyata keçirdikləri tədbirlərlə vətəndaşların etibarından sui-istifadə edərək onların maddi vəsaitini ələ keçirən 31 yaşlı Elmin Sutayev saxlanılıb. 

O, zərərçəkənlərin iri və xırdabuynuzlu mal-qarasını dələduzluq yolu ilə alıb, həmçinin rayon sakininə digər həqiqətə uyğun olmayan vədlər verib. 

Faktla bağlı cinayət işi başlanılıb, E.Sutayev təqsirləndirilən şəxs qismində istintaqa cəlb olunub. Məhkəmənin qərarı ilə həmin şəxs barəsində həbs qətimkan tədbiri seçilib.

Xəbər xətti