"Qarabağ" - "Ayntraxt" oyununun biletləri satışa çıxdı

15:43 - 16 Yanvar 2026 - İDMAN

UEFA Çempionlar Liqasının əsas mərhələsində keçiriləcək "Qarabağ" - "Ayntraxt Frankfurt" (Almaniya) oyununun biletləri satışa çıxarılıb.

Bu barədə klubdan məlumat verilib.

Standart biletlərin qiyməti 10, 15, 25, 35, 40, 50, 75 manat, VIP sektorlar üçün 200, 250, 300 və 400 manat, VVIP sektorlar üçün 1000 manatdır.

Biletlər yalnız iTicket.az-ın mobil tətbiqi və saytı üzərindən əldə edilə bilər.

Qeyd edək ki, yanvarın 21-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək qarşılaşma saat 21:45-də start götürəcək.

Xəbər xətti