Kiyev məhkəməsi "Batkivşina" partiyasının lideri Yuliya Timoşenko üçün 33,3 milyon qrivna (təxminən 760.000 dollar) girov müqabilində azadlığa buraxılma qərarı verdi.
Ucnoqta.az xəbər verir ki, bu barədə TSN televiziya kanalında məlumat yayılıb..
"İttiham tərəfinin vəsatəti qismən təmin ediləcək və 33,3 milyon qrivna girov müqabilində azadlığa buraxılma qərarı veriləcək", - deyə o bildirib.
Bu tədbir Timoşenkodan pulun faktiki köçürülməsinə qədər həbsdə saxlanmasını tələb etmir.
O, həmçinin Kiyev bölgəsində qalmalı, yaşayış yerində və iş yerindəki hər hansı bir dəyişiklik barədə məlumat verməli, parlamentin müəyyən üzvləri ilə ünsiyyətdən çəkinməli və pasportunu təhvil verməlidir. Timoşenkodan əvvəl prokurorluq 50 milyon qrivna (1 milyon dollardan çox) girov müqabilində azadlığa buraxılma tələb etmişdi.