TikTok AB-də istifadəçi yaşının yoxlanılması proqramını işə salacaq - Reuters

13:09 - 16 Yanvar 2026 - DÜNYA

TikTok Avropa tənzimləyicilərinin artan təzyiqi fonunda, bir illik pilot layihənin nəticələrinə əsasən, tezliklə Avropa Birliyində yeni istifadəçi yaşının yoxlanılması texnologiyalarını tətbiq etməyə başlayacaq.

Ucnoqta.az bildirir ki, bu barədə Reuters xəbər verir.

Agentliyin məlumatına görə, əvvəllər açıqlanmayan sistem Çin şirkəti "ByteDance"a məxsus platformaya profil məlumatlarını, videoları və davranış siqnallarını təhlil etməyə imkan verəcək.

Toplanan məlumatlar hesabın yetkinlik yaşına çatmayan şəxsə məxsus olub-olmadığını müəyyən etməyə kömək edəcək. Bu şəkildə müəyyən edilmiş hesablar avtomatik olaraq bloklanmayacaq; onlar ixtisaslaşmış moderatorlar tərəfindən nəzərdən keçiriləcək.

Xəbər xətti