Yaponiya və İtaliya Rusiyaya qarşı sanksiya barədə razılığa gəliblər

08:29 - 16 Yanvar 2026 - DÜNYA

Yaponiyanın Baş naziri Sanae Takaiçi və onun italyan həmkarı Giorgia Meloni Tokioda keçirilən danışıqlar zamanı Rusiyaya qarşı sanksiya təzyiqlərini davam etdirmək və Ukraynaya dəstək vermək barədə razılığa gəliblər.

Ucnoqta.az xəbər verir ki, bu barədə Kyodo xəbər agentliyi məlumat verib.

Tərəflər həmçinin Tokio və Roma arasında ikitərəfli münasibətləri xüsusi strateji tərəfdaşlıq səviyyəsinə qaldırmaq barədə razılığa gəliblər.

Yaponiyanın Baş naziri qeyd edib ki, iki ölkə arasında geniş sahələrdə əməkdaşlıq ardıcıl olaraq inkişaf edib və Yaponiya ilə İtaliya arasında münasibətlər əhəmiyyətli dərəcədə dərinləşib.

İki lider həmçinin Avropanın və Hind-Sakit Okean bölgəsinin təhlükəsizliyinin ayrılmaz olduğu barədə razılığa gəliblər və azad və açıq Hind-Sakit Okean konsepsiyasını həyata keçirmək üçün əməkdaşlığı davam etdirmək əzmlərini bir daha təsdiqləyiblər.

Xəbər xətti