Qrenlandiyanın taleyi Danimarka Baş naziri Mette Frederiksen ilə ABŞ Prezidenti Donald Tramp arasında danışıqlarda, digər ölkələrin müdaxiləsi olmadan müzakirə olunmalıdır.
Ucnoqta.az xəbər verir ki, bu barədə Macarıstan Baş naziri Viktor Orban sosial şəbəkədə yazıb.
O, Polşa Prezidenti Karol Navrotski ilə razılaşıb və bildirib ki, "Qrenlandiyanın müzakirəsi ilk növbədə Danimarka Baş naziri ilə Prezident Donald Tramp arasında məsələ olaraq qalmalıdır".
Orban Facebook səhifəsində Navrotskinin şərhlərini şərh edərək yazıb: "Yaxşı deyilib. Yaxşı fikirdir".