Miqrasiya işçilərinin geyim normalarında dəyişiklik edildi

19:21 - 16 Yanvar 2026 - Xəbər

“Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətində qulluq keçən xüsusi rütbəsi olan işçilərin xüsusi geyim forması və fərqlənmə nişanları ilə təmin edilməsi normaları”na dəyişiklik edilib.

Ucnoqta.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qərara əsasən, miqrasiya işçilərinin qış geyimlərinə tünd boz rəngli qış papağı, tünd boz rəngli gödəkcə, qara rəngli əlcək əlavə edilib.

Xəbər xətti