Tramp 17 yanvarda Fikonu qəbul edəcək

15:09 - 16 Yanvar 2026 - DÜNYA

ABŞ Prezidenti Donald Tramp 17 yanvarda Florida ştatının Vest Palm Biç yaxınlığındakı Mar-a-Laqo malikanəsində Slovakiyanın Baş naziri Robert Fiko ilə görüşəcək.

Ucnoqta.az xəbər verir ki, bu, Trampın Ağ Ev tərəfindən açıqlanan cədvəlində qeyd olunub.

"Bloomberg"in məlumatına görə, Fiko yeni nüvə elektrik stansiyası tikmək planlarını müzakirə etməyi planlaşdırır. Dəyəri 17,4 milyard dollardan çox olan müqavilə 2027-ci ilin əvvəlində Amerikanın Westinghouse şirkətinə verilə bilər.

Xəbər xətti