Azərbaycan Efiopiyadan 3 milyona yaxın qərənfil alıb

14:04 - 16 Yanvar 2026 - Xəbər

Azərbaycan xarici ölkələrdən, o cümlədən Efiopiyadan qərənfil almağa başlayıb.

Ucnoqta.az xəbər verir ki, bunu iqtisadçı Natiq Cəfərli bildirib. Natiq Cəfərlinin sözlərinə görə, 2025-ci ilin yanvar-oktyabr aylarında Azərbaycana xarici ölkələrdən 188 min ABŞ dolları dəyərində 2,72 milyon ədəd qərənfil gətirilib:
"Gömrük sənədlərinə əsaslansaq, 2 mln. 720 min ədəd qərənfilə 319 min 600 manat vəsait ödənilib, yəni, 1 qərənfil ölkəyə, təqribən, 12 qəpiyə başa gəlib. 
Ölkədə bu məhsul başa gəldiyi qiymətdən 5-6 dəfə baha satılır – bu ayrı problemdir, əsas məsələ odur ki, SSRİ dövründə 270 mln.-luq sovetləri Azərbaycan, az qala, təkbaşına qərənfillə təmin edirdi, amma indi Efiopiyadan gül almağa məcburuq...."

Xəbər xətti