ABŞ TRIPP-nin hazırlıq mərhələsi üçün 140 milyon dollar ayırıb - Paşinyan

13:31 - 15 Yanvar 2026 - DÜNYA

ABŞ-nin Beynəlxalq Sülh və Rifah üçün Tramp Marşrutu (TRIPP) layihəsinin hazırlıq mərhələsinə investisiyaları 140 milyon dollar təşkil edəcək.

Ucnoqta.az xəbər verir ki, Ermənistanın Baş naziri Nikol Paşinyan bunu brifinqdə açıqlayıb.

"Amerika tərəfinin investisiyalarına gəldikdə: bildiyim qədəri ilə layihənin hazırlıq mərhələsi üçün artıq 140 milyon dollar ayrılıb. Konkret investisiyalara gəldikdə isə, onlar konkret layihələrin inkişafından asılı olacaq.

Yəni, bu, ilkin hesablamalardan asılıdır, amma düşünürəm ki, investisiyaların əhəmiyyətli olacağı aydındır", - deyə o, Ermənistana ABŞ investisiyalarının həcmini şərh edərkən bildirib.

Xəbər xətti