Ali Rada Ukraynada səfərbərliyin müddətini 3 fevraldan 90 günə və ya 4 maya qədər uzadan qanun layihəsini 18-ci dəfə təsdiqləyib.
Ucnoqta.az xarici mətbuata istinadən xəbər verir ki, 312 parlamentari müddətin uzadılmasının lehinə səs verib.
Daha sonra sənədi Ukrayna prezidenti Volodimir Zelenski və Rada sədri Ruslan Stefançuk imzalamalıdır.
Ukraynada hərbi vəziyyət və ümumi səfərbərlik 24 fevral 2022-ci ildə elan edilib və o vaxtdan bəri bir neçə dəfə uzadılıb.