İsrail tankları Livanda İspaniya sülhməramlılarının patruluna atəş açıb

15:43 - 13 Yanvar 2026 - DÜNYA

İsrail Müdafiə Qüvvələrinin üç tankı BMT-nin Livandakı Müvəqqəti Qüvvələrinin tərkibində Livan ərazisində yerləşən İspaniya sülhməramlılarının patruluna atəş açıb.

Ucnoqta.az xəbər verir ki, El País bu barədə Krallığın Baş Qərargahına istinadən məlumat yayıb.

Hadisə nəticəsində heç kim xəsarət almayıb. Hadisə 12 yanvarda, üç İsrail tankı İspaniya batalyonunun məsuliyyət zonasında bufer zonasının şimalında mövqe tutduqda baş verib.

İsrail tankları üç atəş açıb. Mərmilər patruldan 150 və 380 metr aralıda düşüb.

Xəbər xətti