Bakıda 64 yaşlı qadın dəm qazından boğularaq ölüb.
Ucnoqta.az xəbər verir ki, hadisə Nəsimi rayonunda baş verib.
Məlumata görə, 1962-ci il təvəllüdlü Züleyxa Xanbaba qızı Bayramova yaşadığı 3-cü Alatava yaşayış sahəsində evdə hamam otağında dəm qazından boğularaq ölüb.
Faktla bağlı araşdırma aparılır.