Qətər, Oman və Səudiyyə Ərəbistanı ABŞ-ı İrana zərbə endirməkdən çəkindirir - WSJ

00:05 - 14 Yanvar 2026 - DÜNYA

Fars körfəzi ölkələri, xüsusən də Səudiyyə Ərəbistanı, Oman və Qətər ABŞ-ı İrana daha bir zərbə endirməmək barədə xəbərdar edir.

Ucnoqta.az xəbər verir ki, "The Wall Street Journal" mənbələrə istinadən məlumatına görə, şəxsi ünsiyyət zamanı adı çəkilən ərəb ölkələri ABŞ administrasiyasına bu cür hərəkətlərə cəhdin neft bazarlarını şoka salacağı və nəticədə ABŞ iqtisadiyyatına zərər verəcəyi barədə məlumat veriblər.

Ər-Riyad həmçinin Vaşinqtona ABŞ və İran arasında münaqişəyə cəlb olunmaq niyyətində olmadığını və hava məkanının zərbələr üçün istifadəsinə icazə verməyəcəyini bildirib.

Xəbər xətti