Bu ərazilərdə qaz təchizatı dayandırılacaq

09:26 - 14 Yanvar 2026 - ÖLKƏ İÇİ

Qazax rayonunda N.Nərimanov qəsəbəsi və Canallı kəndinin qaz təminatınada fasilə olacaq.

Ucnoqta.az xəbər verir ki, bununla bağlı "Azəriqaz" İB məlumat yayıb.

Bildirilib ki, sabah Qazax rayonunun Şəmkir RQİİ-nin Qazax XS Əskipara AQPS-dan qidalalan N.Nərimanov qəsəbəsində yeraltı qaz sızmalarının ləğvi və Canallı kəndində abonentin öz vəsaiti hesabına qaz xəttinin yerinin dəyişdirilməsi məqsədi ilə 14.01.2026-ci ildə saat 10:00-dan işlər yekunlaşdırılanadək Qazax rayonu N.Nərimanov qəsəbəsi(823 abonent) və Canallı kəndinin(410 abonent) qaz təchizatının daxildən dayandırılacaq.

Xəbər xətti