Səsiniz qulağımda, dualarınız yolumdadır - Xoşqədəm Hidayətqızı

11:35 - 13 Yanvar 2026 - Cəmiyyət

"ARB” televiziyasında yayımlanan "Səni axtarıram” verilişinin aparıcısı, Əməkdar jurnalist Xoşqədəm Hidayətqızı ad günü ilə bağlı paylaşım edib.

Ucnoqta.az xəbər verir ki, aparıcı "Instagram"da bu sözləri yazıb:

“Bu gün valideynlərim olmadan qeyd etdiyim ilk ad günümdür. Yaxınlar, dostlar təbrik edir, amma ürəyimdə bir boşluq var. Səsiniz qulağımda, dualarınız yolumdadır. Yanımda olmasanız da, mən sizdən ayrılmamışam. Bu gün bir yaş böyüdüm, amma hələ də sizin qucağınızda böyüyən o uşaq kimi qaldım. Darıxıram... və sevirəm”.

Xəbər xətti