İran Xarici İşlər Nazirliyi dünən Londonda baş verən hadisədən sonra Tehrandakı Britaniya səfirini çağırıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə İranın Tasnim xəbər agentliyi məlumat yayıb. Hadisə zamanı naməlum şəxs diplomatik nümayəndəliyin qarşısında keçirilən etiraz aksiyası zamanı səfirlik binasından İslam Respublikasının bayrağını cırıb.
Agentliyin məlumatına görə, söhbət zamanı İran İslam Respublikasının bayrağının təhqir olunması ilə bağlı Britaniya diplomatik nümayəndəsinə sərt etiraz bildirilib.