Qanalı yarımmüdafiəçi Antuan Semenyonun İngiltərənin "Bornmut" klubundan "Mançester Siti"yə keçdiyi bildirilir.
Ucnoqta.az xəbər verir ki, bu barədə "Mançester Siti"nin mətbuat xidməti məlumat yayıb.
Müqavilə 30 iyun 2031-ci ilə qədər qüvvədədir. Jurnalist Fabrizio Romano əvvəllər transfer məbləğinin 75 milyon avro olduğunu bildirmişdi.
Bu mövsüm 26 yaşlı Semenyo müxtəlif yarışlarda 21 oyun keçirib, 10 qol vurub və üç məhsuldar ötürmə edib.