Əməkdar artist Elnarə Abdullayevanın ailəsinə ağır itki üz verib.
Musavat.com xəbər verir ki, sənətçinin qayınanası dünyasını dəyişib. Bu haqda o özü sosial şəbəkə hesabında məlumat verib.
"Nur üzlü anamı, nəslimizin ağbirçəyini itirdik. Allah sənə rəhmət eləsin, ana!", -deyə, Əməkdar artist paylaşımında qeyd edib.