26 avtomat,26 qumbara, 11 tüfəng, ... aşkarlandı

13:18 - 5 Yanvar 2026 - Cəmiyyət

Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.

DİN-dən Ucnoqta.az-a verilən xəbərə görə, yanvarın 3-də və 4-də polis əməkdaşları paytaxt, respublikanın ayrı-ayrı rayonlarında və işğaldan azad olunan bölgələrdə 26 avtomat silahı, 26 qumbara, 11 tüfəng, 38 patron darağı və 1230 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.

Xəbər xətti