Xəstəxanada çıxan keçmiş prezident ev dustaqlığına qayıdıb

10:02 - 4 Yanvar 2026 - DÜNYA

Argentinanın keçmiş prezidenti Kristina Fernandes de Kirşner xəstəxanadan buraxılıb və korrupsiya işi üzrə cəzasını çəkdiyi mənzilə qaytarılıb.

Ucnoqta.az bildirir ki, bu barədə keçmiş dövlət başçısının iki həftə keçirdiyi tibb müəssisəsi məlumat verib.

Fernandes de Kirşner 20 dekabr 2025-ci ildə qarın ağrısı şikayəti ilə xəstəxanaya yerləşdirilib və nəticədə appendisit aşkarlanıb. O, dərhal əməliyyat olunub, lakin bağırsaq tıxanması səbəbindən evə buraxılması təxirə salınıb.

Xəbər xətti