Kaliforniya bir ildə ABŞ prezidenti Donald Tramp administrasiyasına qarşı 52 məhkəmə iddiası qaldıraraq məhkəmə prosesləri vasitəsilə 168 milyard dollar qənaət edib.
Ucnoqta.az bildirir ki, bu barədə "San Francisco Chronicle" məlumat verib.
Kaliforniya Baş prokuroru Rob Bonta tərəfindən qaldırılan məhkəmə iddialarından sonra federal hakimlər Ağ Evin bir neçə əsas qərarını bloklayıblar.
Xüsusilə, onlar Milli Qvardiya qoşunlarının Los-Ancelesə yerləşdirilməsinin qarşısını ala biliblər. Bundan əlavə, ştat qanunsuz immiqrasiya ilə mübarizə tədbirlərinə qoşulmayıb və magistral yol və hava limanı tikintisi, eləcə də təhlükəsizlik üçün federal vəsaitlərdə milyardlarla dollar qənaət ediblər.
Bonta nəşrə bildirib ki, işlərin təxminən 80%-də məhkəmələr ştatın xeyrinə qərar verib və Tramp administrasiyası ya etirazlarını geri götürüb, ya da razılaşıb.