Meksikada sərnişin qatarı relsdən çıxıb.
Ucnoqta.az xəbər verir ki, Reuters agentliyinin məlumatına görə, Oaxaca ştatında qatar qəzasında ən azı 13 nəfər ölüb. Daha 100-ə yaxın insan yaralanıb.
Qeyd olunur ki, qatarda 250 nəfər olub: doqquz heyət üzvü və 241 sərnişin. Yaralılardan beşinin vəziyyəti ağırdır.