Küləkli hava ilə bağlı SARI XƏBƏRDARLIQ

21:07 - 26 Dekabr 2025 - ÖLKƏ İÇİ

Milli Hidrometeorologiya Xidməti dekabrın 27-də bəzi rayonlarda gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verib.

Ucnoqta.az quruma istinadən xəbər verir ki, Naxçıvan MR, Xızı, Xaçmaz, Qusar, Şabran, Siyəzən, Daşkəsən, Gəncə, Goranboy, Tovuz, Şəmkir, Naftalan, Mingəçevir, Tərtər, Bərdə, Yevlax, Zərdab, Neftçala, Qobustanda qərb küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.

Xəbər xətti