Cənubi Koreyanın keçmiş prezidentinə 10 il həbs cəzası istənilib

10:29 - 26 Dekabr 2025 - DÜNYA

Xüsusi prokuror Ço In Sok komandası məhkəmədən keçmiş Cənubi Koreya prezidenti Yoon Sok Yeolun bir sıra kiçik ittihamlarla 10 il həbs cəzasına məhkum edilməsini istəyib.

Ucnoqta.az xəbər verir ki, bu barədə Yonhap xəbər agentliyi məlumat verib.

Prokurorlar hökumət məmurlarına mane olduğuna görə beş illik həbs cəzası təklif ediblər. 2024-cü ilin yanvar ayında Yoon Sok- Yeol prezidentin təhlükəsizlik xidmətinə onun həbsinin qarşısını almağı tapşırıb.

Kabinet üzvlərinin hüquqlarını pozduğuna görə əlavə üç il təklif olunur - bütün nazirlər dekabr ayında hərbi vəziyyətin tətbiqi ilə bağlı müzakirələr üçün iclasa dəvət olunmayıblar.

O,həmçinin hərbi vəziyyətin əsaslandırılması ilə bağlı yalan məlumat yaymaqda və dəlilləri (telefon danışıqlarının zəng qeydləri) məhv etməyə cəhd etməkdə ittiham olunur.

Prokurorlar hərbi vəziyyətin elan edilməsini hazırladığına görə əlavə iki il həbs cəzası tələb edirlər.

Xəbər xətti