Qaradağ rayonunda baş verən yol-nəqliyyat hadisəsində xəsarət alanların sayı 11-ə çatıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə TƏBİB-dən məlumat verilib.
Məlumata əsasən, Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunan 11 nəfərə (4-ü qadın, 7-si kişi) bədənin müxtəlif nahiyələrinin çoxsaylı travması diaqnozu təyin edilib.
Pasiyentlərə ilkin tibbi yardım göstərildikdən sonra KT müayinəsi icra edilib.
Hazırda pasiyentlərdən üç nəfərin vəziyyəti ağır, beşinin isə vəziyyəti stabil olaraq qiymətləndirilir.
Üç nəfər ambulator müalicə üçün evə buraxılıb.