Saxta araqlar satan marketlər CƏRİMƏLƏNDİ

09:52 - 25 Dekabr 2025 - Xəbər

Cəlilabadda saxta alkoqollu içkilərin satışa çıxarıldığı aşkarlanıb.

Bu barədə Ucnoqta.az-a Qida Təhlükəsizliyi Agentliyindən məlumat verilib.

Məlumata görə, Cəlilabad rayonu, H.Əliyev prospekti, ev 9 ünvanında Quliyev Füzuli Əvəz oğluna məxsus “055 şərab evi” mağazasında, rayonun Göytəpə şəhəri, F.Bayramov küçəsi, ev 87 ünvanında Qurbanov Hikmət Əliağa oğluna məxsus “Məhəllə” marketdə və Cəlilabad şəhəri, H.Əliyev prospektində Əliyev Akif Ağaxan oğluna məxsus “Yaşar” marketdə Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən keçirilmiş plandankənar yoxlama zamanı normativ hüquqi aktların tələblərinin pozulduğu müəyyən edilib.

Bildirilib ki, yoxlama zamanı mənşəyi məlum olmayan saxta alkoqollu içkilər aşkar edilərək satışdan kənarlaşdırılıb. Normativ texniki tələblərə cavab verməyən məhsullarla bağlı məhdudlaşdırıcı qərar qəbul edilib.

Qeyd edilib ki, faktlarla bağlı inzibati protokol tərtib edilib və nümunələr götürülərək laborator müayinələrə cəlb olunub.

Araşdırmalar davam etdirilir.

Xəbər xətti