Hindistan ağır rabitə peyki buraxdı

08:06 - 24 Dekabr 2025 - DÜNYA

Hindistan Kosmik Tədqiqatlar Təşkilatı (ISRO) Amerika kommersiya rabitə peyki "BlueBird Block-2" ni aşağı Yer orbitinə buraxıb.

Ucnoqta.az xəbər verir ki, buraxılış sosial mediada canlı yayımlanıb.

Peyk Hindistanın ən güclü buraxılış vasitəsi olan LVM3 tərəfindən Sriharikota Kosmik Mərkəzindən orbitə buraxılıb. 

"BlueBird" rabitə peyki Amerika şirkəti AST SpaceMobile tərəfindən hazırlanıb. Onun çəkisi 6,5 tondur. O, 19 oktyabrda ABŞ-dan Hindistana gəlib.

Xəbər xətti