Xeybər Paxtunxva əyalətinin şimal-qərbində baş verən terror aktı nəticəsində ən azı beş Pakistan polisi həlak olub.
Ucnoqta.az xəbər verir ki, The Express Tribune qəzetinin məlumatına görə, hüquq-mühafizə orqanlarının əməkdaşlarını daşıyan nəqliyyat vasitəsi Qaraqri Banda rayonunda pusquya düşən terrorçular tərəfindən atəşə tutulub.
Təhlükəsizlik qüvvələri hadisə yerini mühasirəyə alıb və antiterror əməliyyatı aparır.
Pakistanın Baş naziri Şahbaz Şərif polis məmurlarına edilən hücumu pisləyib və onların ailələrinə başsağlığı verib.