Tramp Tokayevə Ağ Evin açarını və imzalı beysbol papağını hədiyyə etdi

10:46 - 23 Dekabr 2025 - DÜNYA

ABŞ Prezidenti Donald Tramp Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevə Ağ Evin simvolik açarını və imzalı beysbol papağını hədiyyə edib.

Ucnoqta.az xəbər verir ki, bu barədə Qazaxıstan Prezidentinin köməkçisi və mətbuat katibi Ruslan Jeldibay Qazaxıstanın ABŞ-dakı səfiri Maqjan İlyasovla Amerika lideri arasında keçirilən görüşdən sonra Telegram"da məlumat verib.

Jeldibayın sözlərinə görə, ABŞ Prezidenti Qazaxıstan liderinə şəxsi xoş arzularını çatdırıb, ona hörmətini bildirib və Tokayevi beynəlxalq məsələləri dərindən və balanslı şəkildə anlayan layiqli və təcrübəli dövlət xadimi kimi təsvir edib.

Xəbər xətti