İtkin düşmüş balıqçının meyiti İranda tapıldı

21:47 - 19 Dekabr 2025 - Xəbər

Astara rayonunda itkin düşmüş hesab edilən balıqçılardan birinin meyiti Xəzər dənizinin İran sektorunda aşkar edilib.

Ucnoqta.az Report-a istinadən xəbər verir ki, tapılan meyitin bir neçə gün əvvəl itkin düşmüş hesab edilən balıqçı, 1997-ci il təvəllüdlü Həsənov Turan Eyvaz oğluna aid olduğu ehtimal edilir.

Əldə olunan məlumata görə meyitin Azərbaycana təhvil verilməsi istiqamətində işlər aparılır.

Qeyd edək ki, itkin düşmüş balıqçılardan digərinin - 1999-cu il təvəllüdlü Ağadədə Həsənovun meyiti bu gün səhər saatlarında Astara rayonunun Şahağac kəndi yaxınlığında tapılmışdı.

Xəbər xətti