Kolumbiyada hərbi hissəyə hücum - 4 əsgər həlak olub

08:51 - 19 Dekabr 2025 - DÜNYA

Milli Azadlıq Ordusunun üsyançılarının Kolumbiyanın şimalındakı hərbi bazaya hücumu nəticəsində ən azı dörd əsgər həlak olub.

Ucnoqta.az xəbər verir ki, bu barədə ölkənin 2-ci Diviziyası məlumat verib.

Məlumata görə, 18 dekabrda 14-cü Piyada Batalyonuna məxsus və Sezar Departamentinin El Juncal şəhərində yerləşən 27-ci Hərbi Bazada partlayıcı qurğulardan istifadə edərək terror hücumu həyata keçirilib. İlkin məlumata görə, dörd əsgər həlak olub. 

Kolumbiya Silahlı Qüvvələrinin komandanı admiral Fransisko Kubides hücuma görə ELN-nin məsuliyyət daşıdığını bildirib. 

Hökumətin məlumatına görə, hücumda 32 əsgər yaralanıb.

Xəbər xətti