ABŞ ilə danışıqlarda hər şey böyük bir razılaşmaya və iki ölkə lideri səviyyəsində mümkün görüşə doğru gedir.
Ucnoqta.az xəbər verir ki, BELTA-nın məlumatına görə, Belarus Prezidenti Aleksandr Lukaşenko bunu Belarus xalqına və Parlamentinə müraciətindən sonra sualları cavablandırarkən bildirib.
"Hər şey, necə deyərlər, böyük bir razılaşmaya doğru gedir. Hər şey Trampla görüşməyimizə və razılığa gəlməyimizə doğru gedir. Onlar bütün sanksiyaların ləğvinə zəmanət verirlər", - Belarus lideri bildirib.