68 yaşlı kişi arvadını bıçaqladı

18:37 - 18 Dekabr 2025 - Xəbər

Sədərək rayonunda bıçaqlanma hadisəsi baş verib.

Ucnoqta.az xəbər verir ki, hadisə dekabrın 17-də qeydə alınıb. Dəmirçi kənd sakini 1963-cü il təvəllüdlü Aləmzər Abbasovanın xəsarətlər alması barədə rayon prokurorluğuna məlumat daxil olub. Araşdırma zamanı Sədərək rayonu Dəmirçi kənd sakini 1957-ci il təvəllüdlü Zakir Abbasovun arvadı Almazər Abbasovaya xəsarətlər yetirməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Sədərək rayon prokurorluğunda Cinayət Məcəlləsinin 29,120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddələri ilə cinayət işi başlanıb.

Zakir Abbasov rayon prokurorluğu tərəfindən şübhəli şəxs qismində tutulub.

İbtidai istintaq davam edir.

Xəbər xətti