"Halal-haramınız olsun. Sizə verirəm" - Vəfa ərindən ayrıldı

17:32 - 18 Dekabr 2025 - MAQAZİN

Müğənni Vəfa Şərifova iş adamı həyat yoldaşı Famil Xəlilovdan bir il öncə ayrılıb.

Ucnoqta.az Musavat.com-a istinadən xəbər verir ki, o bu haqda sosial media hesabında paylaşım edib. V. Şərifova qadın müğənnilərə də səslənib:

“Mən hansınızın ərini tanıyıram ki, siz mənim ərimi tanımaq istəyirsiniz? Siz mənim ərimi yaxşı tanıyırsınız. Davanız da o davadır. Mən 10 ildir ki, bir kişiyiləyəm, məni onunla vurursunuz. Amma bu 10 ildə siz 10 kişi ilə olmusunuz. Sizə gözəl xəbərim var. Famillə bir ildir ki, ayrılmışam. Halal-haramınız olsun. Sizə verirəm”.

Müğənni daha sonra övladlarının sənədini yayaraq bu sözləri deyib:
“Familin əsl adı Veysdir. Övladlarımın da sənədində ata adı Veysdir. Məni əxlaqsız qadınların ayağına verdiyi üçün mən ondan ayrılmışam. Özünə isə hörmətim var”.

Qeyd edək ki, V.Şərifovanın Famil Xəlilovdan bir qız və bir oğul övladı var.

Xəbər xətti