Azərbaycan nefti bahalaşıb

10:24 - 20 Dekabr 2025 - İQTİSADİYYAT

Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan nefti bahalaşıb.

Ucnoqta.az xəbər verir ki, Azərbaycan neftinin 1 barelinin qiyməti 0,38 ABŞ dolları və ya 0,59 % artaraq 64,25 ABŞ dolları təşkil edib.

Qeyd edək ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.

Xəbər xətti