Təhlükəsizlik qüvvələri Banqladeşdəki etirazlar zamanı yandırılan Daily Star və Prothom Alo qəzetlərinin ofislərində ilişib qalan 25 jurnalisti təxliyə edib.
Ucnoqta.az xəbər verir ki, bu barədə India Today televiziya kanalı məlumat verib.
Dərc olunan fotolarda yanmış divarlar və redaksiyaların tamamilə yanmış interyerləri görünür.
Cümə gecəsi Dəkkədə kütləvi etirazlar başlayıb. Gənc siyasi fəal Şərif Osman Hadi 12 dekabrda Banqladeş paytaxtında sui-qəsd cəhdi zamanı aldığı xəsarətlərdən Sinqapur xəstəxanasında vəfat edib.
32 yaşlı Hadi 2024-cü ildə hökumət əleyhinə etirazların liderlərindən biri olub. O, Banqladeşin daxili siyasətində Hindistanın təsirinə qarşı çıxıb.