İndoneziyada timsah on yaşlı oğlana hücum etdi.
Ucnoqta.az xəbər verir ki, VOI-nin məlumatına görə, İndoneziyada timsah on yaşlı oğlana hücum edib.
Hücum çərşənbə axşam Afan adlı oğlan İnqoy çayında üzərkən baş verib. Birdən bir timsah suyun üzərinə çıxaraq onu tutub və suya çəkib.
Şahidlər xilasediciləri çağırıblar. Sahildə axtarışlar aparılır.
Ərazidə ikinci timsahın olması barədə məlumatlara görə axtarışlar daha ehtiyatla aparılır.
Yırtıcının qayıtması halında kömək üçün yerli timsah tutucuları cəlb edilib.