Avropa Birliyi Qərbi Balkanlardakı bütün ölkələri Rusiyaya qarşı sanksiyalarına qoşulmağa çağırıb.
Ucnoqta.az xəbər verir ki, bu Brüsseldə keçirilən Aİ-Qərbi Balkanlar Zirvə Görüşünün ardından qəbul edilən bəyanatda bildirilib.
Sənəddə vurğulanır ki, sammit iştirakçıları Ukraynanın suverenliyini və ərazi bütövlüyünü müdafiə etməkdə sarsılmaz dəstəyini ifadə edirlər.
"Avropa xarici və təhlükəsizlik siyasətinə, o cümlədən Aİ-nin qadağanedici tədbirlərinin tətbiqi və həyata keçirilməsinə, eləcə də onları aşmaq üçün tədbirlərinə qarşı çıxmasına riayət etmək Aİ-nin tərəfdaşlarının strateji seçiminin vacib ifadəsidir. Biz artıq Aİ-nin xarici siyasətinə tam riayət edən Qərbi Balkan ölkələrini təqdir edirik və hələ bunu etməyənləri də buna çağırırıq", - deyə sənəddə bildirilir.